![](https://komanda.az/wp-content/uploads/2025/02/cae8d5c791a94b96a2470cb0344f88ae-780x470.jpg)
ÇL: “Mançester Siti” “Real”a evdə uduzdu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, PSJ səfərdə Fransanın digər təmsilçisi “Brest”ə böyük hesabla qalib gəlib.
“Mançester Siti” evdə İspaniya “Real”a məğlub olub. “Yuventus” isə PSV-ni məğlub yola salıb. Dortmund “Borussiya”sı da səfərdə “Sportinq”i 3 cavabsız qolla yenib.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyunlar
11 fevral
“Brest” (Fransa) – PSJ (Fransa) 0:3
Qollar: Vitinya, 21-pen. Dembele, 45; 66.
“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 0:3
Qollar: Girassi, 60. Qross, 68. Adeyemi, 82.
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 2:3
Qollar: Haland, 19; 80-pen – Mbappe, 60. B.Dias, 86. Bellingem, 90+2.
“Yuventus” (İtaliya) – PSV (Niderland) 2:1
Qollar: Makkenni, 34. Mbanqula, 82 – Perişiç, 56.
Bizi Facebook-da izləyin