ÇL: “Mançester Siti” “Mançester Yunayted”in rekordunu təkrarlayıb

“Mançester Siti” çərşənbə axşamı Çempionlar Liqasında “Slovan”la qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Nəticədə, “şəhərlilər”in turnirdəki məğlubiyyətsiz seriyası (penaltilər istisna olmaqla) 25 matça çatıb. Bu seriyada “Mançester Siti”nin 17 qələbəsi və 8 heç-heçəsi qeydə alınıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, “Mançester Siti” “Mançester Yunayted”in rekordunu təkrarlayıb. 2007-2009-cu illərdə “qırmızı şeytanlar” da Çempionlar Liqasında belə seriyaya malik idi.

“Mançester Siti” sonuncu dəfə Çempionlar Liqasında 2022-ci ilin mayında – yarımfinalda “Real”a uduzub (1:3).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button