ÇL: “Malmö” və “Ludoqorets”dən qələbə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Lex”in qonağı olub və minimal hesabla uduzub. Bu mərhələnin favoritlərindən olan İsveç “Malmö”sü və Bolqarıstan “Ludoqorets”i ilk oyunda qələbəyə sevinib.

Cavab qarşılaşmaları iyulun 12-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları


5 iyul

Pünik (Ermənistan) – ÇFR (Rumıniya) 0:0
Malmö (İsveç) – Vikinqur (İslandiya) 3:2
Ludoqorets (Bolqarıstan) – Sutyeska (Monteneqro) 2:0
Ballkani (Kosovo) – Jalgiris (Litva) 1:1
TNS (Uels) – Linfild (Şimali İrlandiya) 1:0
Lex (Polşa) – Qarabağ (Azərbaycan) 1:0
Şemrok Rovers (İrlandiya) – Hibernians (Malta) 3:0
Şkupi (Şimali Makedoniya) – Linkoln (Cəbəllütariq) 3:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button