“Liverpul”da oynayırsansa, Çempionlar Liqasını qazanmağı hədəfləməlisən”

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister UEFA Çempionlar Liqasının qalibi olmaq niyyətində olduğunu açıqlayıb.

Komanda.az Mersisayd klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı futbolçu əla komandalıarı olduğunu bildirib:

“Bu, mənim arzumdur. Çempionlar Liqasında “Milan”la debüt matçı mənim üçün əla oldu. “Liverpul”da oynayırsansa, Çempionlar Liqasını qazanmağı hədəfləməlisən. Bizim əla komandamız var. Mövsümün sonunda nə edə biləcəyimizi görəcəyik”.

“Liverpul” Çempionlar Liqasının ilk turunda səfərdə “Milan” üzərində 3:1 hesablı qələbəni bayram edib. “Qırmızılar” növbəti matçını doğma meydanda “Bolonya” ilə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button