“Şadam ki, qapımızı toxunulmaz saxlaya bildik” – Nuri Şahin
Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin UEFA Çempionlar Liqasının 4-cü turunda komandasının “Şturm” üzərində qələbəsindən (1:0) sonra açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk çalışdırıcı 60-70-ci dəqiqələr arasındakı mərhələ istisna olmaqla, oyuna tam nəzarət etdiklərini bildirib:
“60-70-ci dəqiqələr arasındakı mərhələ istisna olmaqla, oyuna tam nəzarət edirdik. Oyunun əvvəllində hesabı 1:0 etməliydik, o zaman oyun “açılacaqdı”, amma planımız alınmadı. Qoldan sonra təhlükəli anlar olmadı. Amma rəqibin qapısını hədəfə alırsansa, cərimə meydançanın yaxınlığında daha çox boşluq yaranır.
Sonda özümüzü mükafatlandırdıq. Mən şadam ki, qapımızı toxunulmaz saxlaya bildik. Donyel Malenə dedim ki, oyuna bir qədər intensivlik gətirsin.
Ümid edirəm ki, beynəlxalq fasilədən sonra bəzi zədəli oyunçularımız qayıdacaq. Bununla belə, bu həftə sonu Lan Kout və Yulian Ryersona ümid edirəm.”
Bizi Facebook-da izləyin