ÇL: “Mançester Siti” hazırda dünyanın ən yaxşı komandasıdır”

“Real”ın hücumçusu Rodriqo Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə matç haqda danışıb.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, braziliyalı forvard “Real”a inandığını bildirib:

“Turnirin hazırkı qalibinə qarşı oynayacağıq. “Mançester Siti” hazırda dünyanın ən yaxşı komandasıdır. Onların siyahılarında zəif oyunçu yoxdur. Bu, topla yaxşı işləyən çox sərt rəqibdir. Onlara qarşı oynamaq narahatdır, amma mən “Real”a inanıram”.

İlk oyun aprelin 9-da İspaniyada baş tutacaq. Cavab oyunu isə gələn həftə Mançesterdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button