“Müdafiə zonasında oynamağa üstünlük verirəm” – “Real”ın futbolçusu
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni hansı mövqedə oynamağı xoşladığını açıqlayıb.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, fransalı futbolçu müdafiə zonasında oynamağa üstünlük verdiyini bildirib:
“Mənim üçün əsas olan komandaya kömək etməkdir. Müdafiə zonasında oynamağa üstünlük verirəm. Lakin mərkəz müdafiəçisi mövqeyinə ehtiyac yaranırsa, əlimdən gələni edirəm”.
“Real” aprelin 30-da Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bayern”lə heç-heçə edib (2:2). Cavab qarşılaşması mayın 8-də “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin