ÇL: “Şadam ki, artıq 10 xal qazanmışıq”
“Monako”nun baş məşqçisi Adi Hutter UEFA Çempionlar Liqasında “Bolonya” üzərində qələbədən (1:0) danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalı mütəxəssis layiqli qələbə qazandıqlarını bildirib:
“Biz matçda layiqli qələbə qazandıq. Rəqib yaxşı oynadı. Hər iki komanda mübarizə apardı və şansları oldu. Mən şadam ki, artıq 10 xal qazanmışıq”.
“Monako” liqa mərhələsinin 4-cü turundan sonra 10 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Bolonya”ya gəlincə, İtaliya komandası 1 xalla 30-cu yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin