ÇL: “Bu gün gözlərimizdə “od” var idi”
“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli komandasına Çempionlar Liqası matçında Erlinq Halandı və bütün “Mançester Siti” hücumunu (2:0) saxlamağa kömək edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu çox xoşbəxt olduğunu deyib:
“Mən çox xoşbəxtəm. Mənə belə bir matç lazım idi, amma bu qələbə bütün komandanın əməyidir. Bu gün gözlərimizdə “od” var idi. Hər dəfə belə oynamalıyıq.
Haland? Heyrətamiz oyunçudur, ona qol vurmaq üçün yalnız yarım şans lazımdır. Mən ona mümkün qədər yaxın olmağa çalışdım”.
İkinci hissədə Duşan Vlahoviç və Ueston Makkenninin vurduğu qollar Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı tur matçında Tiaqo Mottanın komandasına qələbə qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin