Çempionlar Liqası: Son 6 finalda cəmi 8 qol vurulub!
Çempionlar Liqasının cari mövsümünün finalı Londonda baş tutub və “Real” “Borussiya”nı (Dortmund) 2:0 hesabı ilə məğlub edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son illər qitənin əsas turnirinin final görüşləri məhsuldar olmayıb.
Hər iki komandanın qol vurduğu final matçı sonuncu dəfə 2018-ci ildə, “Real”la “Liverpul” (3:1) arasında baş tutub. O vaxtdan bəri 6 finalda cəmi 8 qol vurulub:
2019: Tottenham – Liverpul 0:2
2020: PSJ – Bayern 0:1
2021: Mançester Siti – Çelsi 0:1
2022: Liverpul – Real 0:1
2023: Mançester Siti – İnter 1:0
2024: Borussiya D – Real 0:2
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin