ÇL: “Oyunun ritmini tuta bilmədik”

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos UEFA Çempionlar Liqasının 5-ci turunda “Liverpul”a səfər məğlubiyyətini (0:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu oyunun ritmini tuta bilmədiklərini bildirib:

“Şanslarımızdan istifadə edə bilmədik. Rəqibimiz bəzən bizdən üstün idi. Oyunun ritmini tuta bilmədik və “Liverpul”a problem yaratmaq bizim üçün çətin oldu.

Orta-aşağı blokda özümüzü kifayət qədər rahat hiss edirdik. İlk qolu buraxdıqdan sonra matç bir az çətinləşdi. Penalti ilə oyuna qayıtmaq imkanımız oldu, amma əldən verdik və sonra da çox çətin oldu”.

Oyunda hesab 0:1 olarkən Kilian Mbappe penaltini qaçırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button