ÇL: “Linkoln” – “Qarabağ” matçının hakimləri açıqlanıb
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində səfərdə “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi oyunun hakim təyinatı açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu macarıstanlı FİFA referisi İştvan Vad idarə edəcək.
Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
“Linkoln” – “Qarabağ” oyunu iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium”da keçiriləcək. Matçın start fiti sat 20:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin