“Hansı heyəti meydana çıxarsaq, yaxşı oyun oynamalıyıq” – De Rossi
“Roma”nın baş məşqçisi Daniele de Rossi Avropa Liqasının 1/8 final mərhələsinin “Brayton”la oyunu öncəsi Paulo Dibala və Romelu Lukakunun durumundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı məşqçi, hansı heyəti meydana çıxarsa da, yaxşı oynamalı olduqlarını bildirib:
“Dibala artıq özünü yaxşı hiss edir. Lukaku isə bir neçə aydır ombasında problemlər yaşayır ki, bu da bəzən daha da pisləşir. Hansı heyəti meydana çıxarsaq, yaxşı oyun oynamalıyıq”.
O, əlavə edib ki, lazım gələrsə, komanda bu futbolçularsız da işinin öhdəsindən gələcək, lakin oyun üçün heyətlə bağlı qərar hələ verilməyib.
Komandalar arasında ilk oyun “Roma”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin