
İnzaqi “Barselona” ilə oyundan əvvəl Kundenin yoxluğundan danışdı
“Barselona”nın müdafiəçisi Jül Kunde UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”lə cavab matçını buraxacaq.
Komanda.az xəbər verir ki, bununla bağlı kataloniyalıların rəqibi “İnter”in baş məşqçisi Simone İnzaqi klubun mətbuat xidmətinə açıqlama verib:
“Kunde əla oyunçudur. Eşitdim ki, o, ardıcıl 102 və ya 104 oyun keçirib, heç bir oyunu buraxmayıb. Bu, onun zədələnməsinə səbəb ola bilər. Amma “Barselona”da onun mövqeyində oynamağa qadir olan başqa yaxşı oyunçular da var”.
Fransalı futbolçu komandaların ilk qarşılaşmasında (3:3) zədələndiyi üçün 42-ci dəqiqədə əvəzlənib. Kataloniyalılar növbəti bir neçə həftə ərzində əsas oyunçusu olmadan matçların öhdəsindən gəlməli olacaq.
“İnter” – “Barselona” cavab oyunu bu gün “San Siro”da keçiriləcək.
Bizi Facebook-da izləyin



