ÇL: Kompanidən “Barselona”nın futbolçusuna “bəy tərifi”

“Bayern”in baş məşqçisi Vensan Kompani “Barselona”nın müdafiəçisi Pau Kubarsinin istedadına heyran qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı Kubarsinin futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri olacağını bildirib:

“Kubarsi futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri olacaq. O, çox gənc olmasına baxmayaraq, oyunu artıq təsiredicidir. Zədələrdən qurtulsa, əla oyunçu olacaq”.

17 yaşlı futbolçu ötən mövsümün ikinci yarısından bəri “Barsa”nın daimi start heyətində çıxış edir.

Çempionlar Liqası çərçivəsində keçiriləcək “Barselona” – “Bayern” matçı bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button