Kompani Noyeri müdafiə etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasında “Barselona” ilə oyundan sonra komandanın qapıçısı Manuel Noyerin ünvanına səslənən tənqidlərə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı tənqidin futbolun bir hissəsi olduğunu bildirib:

“Uduzuruqsa, bütün komanda günahkardır. Bu, təkcə Noyerə deyil, digər futbolçulara və məşqçilərə də aiddir. Tənqid futbolun bir hissəsidir. Manuel oyununu dəyişsə, bu, yalnız daha yaxşısı üçün olacaq”.

Münhen klubu Çempionlar Liqasının 3-cü turunda səfərdə “Barselona”ya 1:4 hesabı ilə məğlub olub.

Çempionlar Liqasının ümumi mərhələsinin üç turundan sonra münhenlilər 3 xal toplayıblar və 24-cü pillədə qərarlaşıblar. “Barselona” (6) 13-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button