
ÇL: “Heç bir qorxu hissi olmadan oynadıq”
“Seltik”in baş məşqçisi Brendan Rocers UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Bayern”lə heç-heçə (1:1) haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, şimali irlandiyalı mütəxəssis komandasının çıxışı ilə fəxr etdiyini deyib:
“Komandamızın çıxışı ilə fəxr edirəm. Bu, bizim həmişə səy göstərdiyimiz səviyyədir. Heç bir qorxu hissi olmadan oynadıq və bu, məni çox qürurlandırır. Amma sonda amansız zərbə bizi məyus etdi. Biz turnirin favoritlərindən birinə qarşı bərabər səviyyədə oynadıq”.
Şotlandiya komandası ev matçında “Bayern”ə 1:2 hesabı ilə məğlub olmuşdu, dünən keçirilən cavab qarşılaşmasında isə 1:1 bərabərə qalaraq, mübarizəni dayandırıb.
1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.
Bizi Facebook-da izləyin