“Komanda üçün daha faydalı olmalıyam” – Dzeko

“İnter”in hücumçusu Edin Dzeko UEFA Çempionlar Liqasının yarımfinalının “Milan”la oyununu (2:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşmaya yaxşı hazırlaşdıqlarını deyib:

“Çempionlar Liqasının yarımfinalı, derbi matçı… Bu, hər zaman baş vermir. Yaxşı hazırlaşmışdıq. Sona qədər diqqətimizi yalnız oyuna köklədik və nəticəsini də gördük.

Hamı bilir ki, mən “İnter”ə məxsusam. Yalnız qol vurmaqla kifayətlənməməliyəm. Komanda üçün daha faydalı olmalıyam. Çünki bəzən qol vurmaq mümkün olmur.

Məncə, “Milan”la matçda etməli olduğum bütün işləri layiqincə yerinə yetirdim”.

“İnter” – “Milan” cütünün cavab qarşılaşması mayın 16-da, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button