ÇL: “Barselona” onun şərəfinə oynamaq istəyir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik faciəvi hadisə fonunda komandanın “Benfika” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa hazırlığı ilə bağlı sualı cavablandırıb.

Şənbə günü kataloniyalıların əsas komandasının həkimi Karles Minarro Qarsiya vəfat edib.

Komanda.az AS-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı komandanın vəziyyəti yaxşı idarə etdiyini düşünür:

“Düşünürəm ki, komanda vəziyyəti yaxşı idarə edir. Dünən prezident paltardəyişmə otağına daxil olub və çıxış edib. Bu, böyük itkidir. Karles gözəl insan və əla həkim idi. Onun işi uğurumuzun vacib hissəsi idi. Biz onun üçün darıxacağıq. Amma komanda onun şərəfinə oynamaq istəyir. Bütün diqqətimizi qələbəyə yönəltmişik. Komanda diqqət mərkəzindədir, biz irəli getməliyik”.

Qarsiyanın vəfatı ilə bağlı İspaniya La Liqasının 27-ci turunun “Barselona” – “Osasuna” matçı təxirə salınıb. Mətbuat bu qarşılaşmanın aprelin 26-da və ya mayın 21-də keçirilə biləcəyini yazıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button