ÇL: “Komanda ilə fəxr edirəm”

“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandası ilə fəxr etdiyini söyləyib:

“Komanda ilə fəxr edirəm. Bu mərhələyə çatmağımız artıq irəliyə doğru bir addımdır. PSJ-yə qarşı iki oyunda yaxşı mübarizə apardıq. Bu gün daha yaxşı çıxış etdik, lazımi nəticəyə yaxın idik. Azarkeşlərimiz hətta 0:2 hesabı ilə uduzduğumuz zaman da bizi parlaq şəkildə dəstəklədilər. İndi məqsədimiz Premyer Liqa mövsümünü uğurla başa vurub Çempionlar Liqasına yenidən qayıtmaqdır”.

Birmingem komandası evdə 3:2 hesabı ilə qalib gəlsə də, bu, kifayət etməyib – iki görüşün yekununda Fransa çempionu daha güclü olub (5:4).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button