ÇL: “Keyn tezliklə yenidən qol vurmağa başlayacaq”
“Bayern”in baş məşqçisi Vensan Kompani Harri Keynin son matçlardakı çıxışı haqda fikirlərini bölüşüb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, belçikalı çalışdırıcı tezliklə Keynin yenidən qol vurmağa başlayacağını bildirib:
“Keynin az qol şansı var? Mənim üçün bütün komandanın şanslarının olması vacibdir və “Aston Villa” ilə matçda məncə, uğur qazandıq. Harri bu mövsüm 11 qol vurub və aşağı səviyyələrdən qaçmaq mümkün deyil. Tezliklə o, yenidən qol vurmağa başlayacaq”.
“Bayern” dünən UEFA Çempionlar Liqasında “Aston Villa”ya 0:1 hesabı ilə məğlub olub.
Keyn bundan əvvəl Bundesliqa çərçivəsində keçirilən “Bayer”lə matçda olduğu (1:1) kimi bu qarşılaşmada da qol vurmaq bacarığını nümayiş etdirə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin