ÇL: “Kayrat” – “Real” matçının vaxtı bilindi

UEFA, Çempionlar Liqasının liqa mərhələsinin oyun cədvəlini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kayrat” və “Real” arasındakı matç bir ay sonra – 30 sentyabrda, ikinci turda baş tutacaq. Oyun saat 20:45-də start götürəcək.

“Real” üçün bu oyun xüsusilə çətin olacaq. Çünki komanda Qazaxstana səyahət etmək üçün təxminən 6500 kilometr yol qət etməli olacaq. “Kral klubu”nun baş məşqçisi Xabi Alonso, bu matçı uzun yol baxımından ciddi bir sınaq olaraq qiymətləndirib.

Bundan əvvəl “Kayrat” Çempionlar Liqasının ilk turunda Lissabon “Sportinq”inin qonağı olacaq. Almata təmsilçisi təxminən 7000 kilometr yol qət edəcək ki, bu da turnir tarixində rekord məsafə olacaq.

“Kayrat” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button