![](https://komanda.az/wp-content/uploads/2023/05/Kapello-700x470.jpg)
ÇL: Kapello “Milan”ın yarımmüdafiə xəttini günahlandırdı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları keçirilib. “Milan” Rotterdama yollanıb və burada “Feyenoord”a 0:1 hesabı ilə uduzub.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “Milan”ın sabiq baş məşqçisi Fabio Kapello komandanın məğlubiyyətində əsas günahın yarımmüdafiə xəttində olduğunu hesab edir:
“Meydançanın mərkəzində lazımi “”filtr” yox idi və buna görə də “Milan” tez-tez əks-hücumları qaçırırdı. Məni ən çox təəccübləndirən topun nə qədər yavaş hərəkət etməsi oldu. İş o yerə çatıb ki, rəqiblər milanlı futbolçuların niyyətlərini anlamaqda çətinlik çəkmədilər. Yalnız Rafael Leao standart hərəkətlərə bir qədər təravət gətirməyə çalışdı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin