ÇL: İspaniya klublarının qara mövsümü
UEFA Çempionlar Liqasının cari mövsümü İspaniya klubları üçün uğursuzluqla yekunlaşıb.
Komanda.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin tarixi ərzində ilk dəfə olaraq 3 İspaniya təmsilçisi qrupda qalıb. Hər 3 komanda bunu sonuncu turun oyunlarından əvvəl rəsmiləşdirib.
İspaniya yarışa 4 komanda ilə (“Real”, “Atletiko”, “Barselona” və “Sevilya”) qatılsa da, yalnız “kral klubu” mübarizəni davam etdirəcək.
“Barselona” 5-ci dəfə mübarizəni erkən dayandırmağa məcbur olub. Kataloniyalılar 2-ci dəfə qrupdakı 5-ci oyununa çıxmadan növbəti mərhələdən əlini üzüb. Daha əvvəl bu, 1996/97 mövsümündə baş verib.
“Barsa” ardıcıl ikinci mövsümdə belə uğursuzluğa düçar olur. 1996/97 və 1997/98 mövsümləri də komanda üçün uğursuz bitmişdi.
Bizi Facebook-da izləyin