
ÇL: “İspaniya futbol məktəbi İtaliya futbol məktəbinə qarşı oynayacaq”
“Milan”ın və “Çelsi”nin ukraynalı sabiq hücumçusu Andrey Şevçenko UEFA Çempionlar Liqasının final qarşılaşması barədə fikirlərini bölüşüb.
Bu gün keçiriləcək həlledici oyunda PSJ ilə “İnter” qarşılaşacaq.
Komanda.az “New Voice”-ə istinadən xəbər verir ki, Şevçenko maraqlı oyun gözlədiyini bildirib:
“Çempionlar Liqasının finalında maraqlı oyun gözləyirəm. Hər iki komanda hazırda yaxşı futbol nümayiş etdirir. Belə oyunlarda qalibi proqnozlaşdırmaq çətindir. Kim qalib gələcək, deyə bilmərəm. Bu finalda İspaniya futbol məktəbi (PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrikeni nəzərdə tutur – red.) İtaliya futbol məktəbinə qarşı oynayacaq”.
Çempionlar Liqasının finalı bu gecə Münhendə keçiriləcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin