ÇL: “İnter”in müdafiəçisi tarixə düşüb

“İnter”in müdafiəçisi Denzel Dumfris UEFA Çempionlar Liqasında klubun tarixində unikal nailiyyətə imza atıb.

Niderlandlı futbolçu “Barselona”ya qarşı keçirilən ilk yarımfinal qarşılaşmasında 21-ci və 64-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə ilə Dumfris Çempionlar Liqasının yarımfinal mərhələsində iki qol vuran ilk “İnter” futbolçusu olub. Belə nailiyyətə müdafiəçi mövqeyində çıxış edən oyunçunun imza atması diqqət çəkir.

Bundan əlavə, Dumfris oyunun ilk dəqiqəsində hesabı açan Markus Türama da qol ötürməsi verib. Maraqlısı odur ki, bu qarşılaşmayadək onun cari Çempionlar Liqası mövsümündə heç bir qol və ya məhsuldar ötürməsi yox idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button