“İnter”in hücumçusu Çempionlar Liqası matçını buraxacaq

“İnter”in hücumçusu Markus Türam zədəsini bərpa etməyə davam edir. 28 yaşlı forvard bud əzələsindəki zədə səbəbindən son üç oyunu buraxıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu UEFA Çempionlar Liqası matçında Belçikanın “Union” komandasına qarşı görüşdə də iştirak edə bilməyəcək.

Bununla belə, “İnter” rəhbərliyi Türamın A Seriyasında “Napoli” ilə matç üçün meydana dönəcəyinə ümid edir.

“İnter” – “Union” qarşılaşması oktyabrın 21-də, “Napoli” ilə oyun isə 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button