ÇL: “Ümid edirəm ki, “İnter” kuboku evə gətirəcək”

İtaliya millisinin sabiq kapitanı və “qızıl top” mükafatının sahibi Fabio Kannavaro UEFA Çempionlar Liqasının finalı öncəsi “İnter”ə dəstəyini ifadə edib.

Mayın 31-də Münhendə keçiriləcək həlledici qarşılaşmada Simone İnzaqinin rəhbərlik etdiyi Milan təmsilçisi PSJ ilə qarşılaşacaq.

Komanda.az “calciomercato”-ya istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu “İnter”in kuboku İtaliyaya gətirəcəyinə ümid edir:

“Bir italiyalı kimi ümid edirəm ki, “İnter” kuboku evə gətirəcək. Məncə, onlar favoritdir, baxmayaraq ki, çox güclü rəqibə qarşı oynayacaqlar. PSJ yalnız hücumda deyil, həm də müdafiədə təşkilatlı oyunu ilə “Barselona”nı xatırladır”.

O, həmçinin, “İnter”in hücumçusu Markus Türamın qarşıdakı matçda həlledici rol oynayacağına ümid etdiyini də vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button