ÇL: “İnter” finala yüksəlməyə layiq idi”

İngiltərə millisinin və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Barselona” cavab matçının nəticəsini şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “İnter”in finala yüksəlməyə layiq olduğunu bildirib:

“Bu gün gördüyümüz hər şey çox, çox xüsusi idi. “İnter” finala yüksəlməyə layiq idi”.

Qarşılaşma 4:3 hesabı ilə əlavə vaxtda qələbə qolunu vuran “İnter”in xeyrinə başa çatıb. Bir həftə əvvəlki ilk görüş 3:3 hesabı ilə başa çatmışdı. “İnter” finalda PSJ – “Arsenal” matçının qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button