
ÇL: “İnter” – “Barselona” matçının hakimləri açıqlandı
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Barselona” cavab matçının hakim təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan Simon Marçinyak idarə edəcək. Ona həmyerliləri Tomas Listkieviç və Adam Kupsik köməklik göstərəcək. 4-cü hakim funksiyasını polşalı Pavel Raskovski yerinə yetirəcək.
Dennis Higler (Niderland) VAR, Pol Van Bokel (Niderland) isə AVAR hakimi olacaq.
Mayın 6-da keçiriləcək oyun saat 23:00-da başlayacaq. Komandalar arasında Barselonada keçirilən matçda 3:3 hesabı qeydə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



