
ÇL: “İndi biz inanılmaz dərəcədə güclü olacağıq”
“Milan”da məsləhətçi vəzifəsini tutan Zlatan İbrahimoviç komandasının “Feyenoord”la qarşılaşmada uğur qazanmaq şanslarından danışıb.
Komanda.az “Milan TV”-yə istinadən xəbər verir ki, klub rəsmisi ev oyununun tam fərqli olacağını bildirib:
“İlk matçda nə səhv oldu? Bizdə aqressivlik yox idi. Rəqibə qarşı daha konkret və soyuqqanlı olmalıyıq. Ev oyunu tam fərqli olacaq, bizi dəstəkləyən 80 min azarkeşimiz gələcək. “Feyenoord” evdə güclü idi, amma indi biz inanılmaz dərəcədə güclü olacağıq”.
“Milan” keçən həftə Rotterdamda baş tutan ilk oyunda məğlub olub (0:1). UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqənin taleyi bu gün saat 21:45-də, İtaliyada həll olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin