
ÇL: “Arsenal” uğuru tamamilə haqq edir”
“Arsenal”ın hücumçusu Qabriel Martinelli PSJ ilə UEFA Çempionlar Liqasının yarımfinal oyunundan gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçu “topçular”ın uğuru tamamilə haqq etdiyini bildirib:
“Bu klub uğuru tamamilə haqq edir və bu tarixi anın bir parçası olmaqdan böyük sevinc duyuruq. İnanırıq ki, bu kuboku qazana bilərik. Bu titul “Arsenal” üçün gətirə biləcəyimiz ən möhtəşəm şeylərdən biridir.
Mənim üçün inanılmaz bir səyahət oldu, təkcə meydanda yox, meydanın xaricində də. Mən bura gələndə biz Avropa Liqasında oynayırdıq, indi isə Çempionlar Liqasının yarımfinalındayıq”.
“Arsenal” – PSJ matçı bu gün, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin