
ÇL: “İnanılmaz dərəcədə məmnunam”
“Liverpul”un hücumçusu Luis Dias UEFA Çempionlar Liqasında Leverkuzen “Bayer”i ilə matçda het-trikindən danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu inanılmaz dərəcədə məmnun olduğunu bildirib:
“İnanılmaz dərəcədə məmnunam. “Liverpul”da debüt etdiyim het-trikdən çox razıyam. Bu, mənim üçün həyatımın sonuna qədər yadımda qalacaq xüsusi bir məqamdır”.
İngiltərə klubu liqa mərhələsinin 4-cü turunda “əczaçılar”ı 4:0 hesabı ilə məğlub edib.
Dias 2022-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2027-ci ildə başa çatacaq.
27 yaşlı forvard Premyer Liqanın cari mövsümündə 10 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin