ÇL-in ilkin mərhələsinin qalibi bilindi
Futbol üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilkin mərhələnin finalında Kosovo çempionu “Priştina” Andorranı təmsil edən “İnter Klub Eskaldes” ilə üz-üzə gəlib.
Kosovo çempionu bu oyundan inamlı qələbə ilə ayrılıb. Nəticədə, “Priştina” ÇL-in 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Sözügedən komanda bu mərhələdə Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşacaq.
UEFA Çempionlar Liqası
İlkin mərhələ, final
25 iyun
Priştina (Kosovo) – İnter Klub Eskaldes (Andorra) 2:0
Qol: Krasniçi, 45; 58.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin