ÇL-in final matçının hakimləri açıqlandı
Almaniyanın “Bavariya” və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq.
4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ – “Bavariya” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin