Çempionlar Liqasında bir oyunun vaxtı dəyişdirildi

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-də yox, sentyabrın 14-də keçiriləcək. Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə belə qərar qəbul olunub.

Beləliklə, oyun sentyabrın 14-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

“Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “İbroks” stadionuna buraxılmayacaq. “Reyncers” azarkeşləri də İtaliyada “Napoli” ilə cavab oyununda iştirak edə bilməyəcəklər. UEFA azarkeşləri bu vəziyyətə hörmət etməyə və başa düşməyə çağırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button