ÇL: “Milan” və “Real” yarımfinalda!
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı məlum olub.
Komanda.az xəbər verir ki, turnirin son çempionu “Real” ilk matçda iki cavabsız qolla məğlub etdiyi “Çelsi”nin qonağı olub. “Kral klubu”ndan fərqli olaraq, “zadəganlar” doğma azarkeşlər önündə keçirilən görüşə ciddi itkilərlə çıxıblar. Xüsusilə də, Xalidu Kulibali, Benjamin Çiluell və Pyer-Emerik Obameyanqın yoxluğunu vurğulamaq olardı. Səfərdə də inamlı qələbə qazanan madridlilər yarımfinala yüksəliblər.
Digər cütlükdə isə İtaliya dueli olub. “Napoli” səfərdə bir qolla məğlub olduğu “Milan”ı qəbul edib. Neapol təmsilçisinin hücumçusu Viktor Osimhen zədəsini bərpa edibsə, əvəzində Kim Min-Jae, Andre Anqissa və Covanni Simeone komandaya kömək edə bilməyiblər. “Milan”ın yeganə itkisi isə Zlatan İbrahimoviç idi. Cavab matçında heç-heçə qeydə alındığı üçün “Milan” yarımfinala yüksələn tərəf olub.
1/4 final mərhələsinin digər iki görüşü aprelin 19-da olacaq.
Çempionlar Liqası, 1/4 final mərhələsi
Cavab oyunları
18 aprel
Çelsi (İngiltərə) – Real (Madrid, İspaniya) 0:2
Qol: Rodriqo, 58; 80.
Baş hakim: Daniel Orsato (İtaliya)
London, “Stemford Bric”
İlk oyun – 0:2
Napoli (İtaliya) – Milan (İtaliya) 1:1
Qol: Osimhen, 90+3 – Jiru, 43.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, “Dieqo Maradona” stadionu
İlk oyun – 0:1
Bizi Facebook-da izləyin