ÇL: “Hər zaman işlərin səhv getmə riski var”

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Mançester Siti” ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Komandalar UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqlar. İlk oyun bu gün “Etihad”da, cavab matçı fevralın 19-da “Santyaqo Bernabeu”da keçiriləcək.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında hazır olduqlarını bildirib:

“Çempionlar Liqasından çıxsaq tənqidlə üzləşməyə hazırammı? Bəli, bəli, mən mütləq hazıram. Həlledici matçlara gəlincə, hər zaman işlərin səhv getmə riski var. Xüsusilə, ən yaxşı komandalar və ən yaxşı məşqçilərlə qarşılaşırsan. Amma biz hazırıq”.

“Mançester Siti” – “Real” matçı bu gün saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button