
ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilinib
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Komanda.az xəbər verir ki, həftənin ən yaxşısı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq. Bunlar “Bayern”dən Maykl Olise, “Brest”dən Marko Bizo, “Atletiko”dan Antuan Qrizmann və “Arsenal”dan Bukayo Sakadır.
Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin