
ÇL: Həftənin ən yaxşısı bilindi
UEFA Çempionlar Liqasında 2-ci turun ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Real”ın hücumçusu Kilian Mbappe həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fransalı forvard UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında qalib olub. Mbappe Erlinq Haland (“Mançester Siti”), Rasmus Hoylund (“Napoli”) və Yens-Petter Heuqeni (“Budo-Qlimt”) qabaqlayıb.
Mbappe “Real”ın səfərdə “Kayrat”ı 5:0 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



