ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub
Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Siyahıda dörd oyunçu yer alıb. Onlardan üçü Almaniya təmsilçilərinin üzvləridir.
Bunlar “Bayern”dən Harri Keyn, “Bayer”dən (Leverkuzen) Florian Virts, “Borussiya”dan (Dortmund) Ceymi Bayno-Qittens və İspaniyanın “Atletiko” klubundan Antuan Qrizmanndır.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin