
ÇL: Həftənin futbolçusu adına namizədlər bilindi
UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Mançester Siti”dən Bernardo Silva ilə Rodri, “İnter”dən Lautaro Martines və Hakan Çalhanoğlu namizəddir.
Qalib UEFA-nın rəsmi saytına səsvermə yolu ilə məlum olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin