ÇL: “Çox vacib nəticə əldə etdik”

Rafinya Dias UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Benfika” üzərində qələbəni (1:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunda yeganə qolu vuran braziliyalı futbolçu onları çətin qarşılaşmanın gözlədiyini bildiklərini deyib:

“Bizi çox çətin qarşılaşmanın gözlədiyini bilirdik. “Benfika”nın hansı səviyyədə oynadığından xəbərimiz var idi. Rəqib evdə, öz azarkeşləri önündə oynayırdı və bu, onlara motivasiya verirdi. Amma buradan müsbət nəticə ilə ayrılmağın nə qədər vacib olduğunu da anladıq. Düşünürəm ki, heç-heçə bizim üçün yaxşı nəticə, qələbə isə daha yaxşı olardı.

Qırmızı vərəqədən sonra necə oynamağın lazım olduğunu bilirdik və məncə, böyük uğur qazanmaq istəyən komanda üçün bu, ən vacib şeydir. Başa düşməliyik ki, bizi səbirli olacağımız daha çətin matçlar gözləyir. Düşünürəm ki, komanda bu gün çox yaxşı çıxış etdi. Çox vacib nəticə əldə etdik”.

“Barselona” – “Benfika” cavab matçı martın 11-də Kataloniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button