“Halandla qarşıdurmanı səbirsizliklə gözləyirəm” – “Real”ın müdafiəçisi
“Real”ın müdafiəçisi Antonio Rüdiger “Mançester Siti” ilə Çempionlar Liqasının 1/4 finalının oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, Erlinq Halandla qarşıdurmanı səbirsizliklə gözlədiyini bildirib:
“Mən həqiqətən Halandla qarşıdurmanı səbirsizliklə gözləyirəm. O, əla hücumçudur. Bunlar həmişə arzuladığınız matçlardır və onların bir hissəsi olmaq inanılmazdır”.
İlk oyun aprelin 9-da İspaniyada keçiriləcək və saat 00.00-da start götürəcək. Cavab qarşılaşması aprelin 17-də Mançesterdə baş tutacaq.
“Mançester Siti”nin 23 yaşlı hücumçusu Haland bu mövsüm 36 oyun keçirib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin