ÇL: “Polşalı hakimlərdən başqa, hamı alman finalını görmək istəyirdi”
“Bayern”in idman direktoru Maks Eberl Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la cavab oyununda (1:2) hakim məsələsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, almaniyalı klub rəsmisi, hakimin səhvini etiraf etdiyini bildirib:
“Mənim ümumiyyətlə danışacaq bir şeyim yoxdur. VAR nə qədər müddətdir mövcuddur? Bu oyundankənar qayda ilə nə qədər oynayacağıq? Mənim üçün bütün bunlar çox şübhəlidir. Hakim fit çaldı və heç bir video-köməkçi müdaxilə edə bilmədi. Sonradan bizə səhvini etiraf etdi. Amma bu bizi nə isti, nə də soyuq edir. Polşalı hakimlər briqadasından başqa, hamı Çempionlar Liqasında alman finalını görmək istəyirdi. Təbii ki, finalda “Borussiya”nı dəstəkləyəcəm”.
Münhenlilərin müdafiəçisi Matteys de Liqt topu Madrid komandasının qapısına vurub, lakin bu, hakimin fitindən sonra baş verib.
“Real” “Bayern”ə (2:2 və 2:1) qalib gəlib, Çempionlar Liqasının finalına yüksəlib. Onlar finalda PSJ-ni məğlub edən “Borussiya” ilə qarşılaşacaqlar. Final iyunun 1-də “Uembli”də keçiriləcək.
Bizi Facebook-da izləyin