
ÇL: “Feyenoord”un çox aqressiv olacağını gözləyirəm”
“İnter”in futbolçusu Denzel Dumfris ümid edir ki, komandası bu mövsüm trebl edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi hər üç kuboku qazanmaq istədiyini bildirib:
“Feyenoord”un çox aqressiv olacağını və nəticəni dəyişməyə çalışacağını gözləyirəm. Onların itirəcəkləri heç nə yoxdur. Qazanmaq üçün oynamaq lazımdır. Hər üç kuboku qazanmaq istəyirəm”.
“İnter” bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Feyenoord”la qarşılaşacaq. Milanlılar ilk oyunda səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



