
ÇL: “Dembele ilə danışdım və düşünürəm ki, hər şey qaydasındadır”
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının “Arsenal”a qarşı keçirilən yarımfinal matçından sonra komanda yoldaşı Osman Dembelenin zədəsi ilə bağlı açıqlama verib.
London səfərindəki matçda yeganə qolu vuraraq komandasına minimal üstünlük qazandıran fransalı futbolçu qarşılaşmanın 70-ci dəqiqəsində baş məşqçi Luis Enrike tərəfindən zədə səbəbilə əvəzlənib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli oyunçu hər şeyin qaydasında olduğunu düşünür:
“Dembelenin zədəsi? Onunla danışdım və düşünürəm ki, hər şey qaydasındadır. Sadəcə yorğun idi”.
Dembele də zədəsinin ciddi olmadığını bildirib.
PSJ ilə “Arsenal” arasında cavab oyunu mayın 7-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin