ÇL: “Hər şey bitdi!” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard UEFA Çempionlar Liqasının 1/4 finalının “Real”la cavab görüşünü (0:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qol epizodlarından yararlana bilmədiklərini vurğulayıb:

“İlk 60 dəqiqədə çox yaxşı oynadıq. Həqiqətən, yaxşı qol imkanlarımız oldu. Onlardan istifadə etmək lazım idi. Turnirin bu mərhələsində uduzanda adam heç nə demək istəmir. Hər şey bitdi!”

İki oyunun nəticəsinə əsasən, “zadəganlar” La Liqa klubuna 0:4 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button