O, Çempionlar Liqasındakı uğuru şərab və ya araq içərək qeyd edəcək

“Feyenoord”un baş məşqçisi Paskal Bosşart UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Milan”la heç-heçə etmələrindən danışıb.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı hər kəsin çox xoşbəxt olduğunu deyib:

“Hər kəs çox xoşbəxtdir. Komandaya təşəkkür etdim. Əla döyüşdük. Futbolçular Milanda uğur qazanmaq üçün əllərindən gələni etdilər. Növbəti mərhələyə yüksəlməyimizi necə qeyd edəcəm? Mən bir az şərab və ya araq içə bilərəm”.

Cavab matçı 1:1 hesabı ilə başa çatıb. İlk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Feyenoord” iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının 1/8 finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button