“Bayern”in ehtiyat oyunçular skamyasında gərginlik həmişə olur” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/4 finalının “Bayern”lə ilk matçından sonra (3:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının aqressiv oynadığını bildirib:

“Rəqibin komanda oyununda nə qədər yaxşı olduğunu gördük. İlk 60 dəqiqə çox gərgin keçdi. “Bayern” bir çox məqamlarda bizdən üstün olsa da, vurduğumuz ikinci qol bizə çox kömək etdi.

Aqressiv oynadıq. Məhz ikinci qolu bunun sayəsində vura bildik. Münhen klubunun ehtiyat oyunçular skamyasında gərginlik həmişə olur. Həqiqətən, qazandığımız nəticə çox yaxşıdır, lakin bizi qarşıda cavab oyunu gözləyir”.

“Bayern” – “Mançester Siti” cütünün cavab qarşılaşması Almaniyada olacaq. Görüş aprelin 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button